Menu

Ukrayna bu zavodu yenə vurdu – VİDEO

09.11.2026, 10:22
Ukrayna bu zavodu yenə vurdu – VİDEO

Ötən gecə Ukrayna PUA-ları Rusiyanın Leninqrad vilayətinə zərbələr endirib. 

“AzPolitika” xəbər verir ki, dronların vilayətin Kirişi şəhərindəki sənaye zonasına hücum etdiyi barədə məlumatlar və görüntülər yayımlanıb.

Kirişidə Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan Surqutnefteqazın Kirişinefteorgsintez (KINEF) zavodu yerləşir.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, Leninqrad vilayəti üzərində 113 PUA vurulub və bölgədə dron həyəcanı elan edilib.

Ukrayna və Rusiya Telegram kanalları bildirir ki, zərbələr Kirişidəki neft emalı zavodunda yanğına səbəb olub.

Sözügedən zavodun layihə gücü ildə təxminən 20-21 milyon ton neftdir.

2025-2026-cı illərdə bu neft emalı zavoduna dəfələrlə dron hücumları edilib. 30 avqust 2026-cı il tarixindəki hücumdan sonra iki ilkin emal qurğusuna dəyən ziyana görə zavodda neft emalı tamamilə dayandırılmışdı.

Ötən gecə baş verən hücumla bağlı Rosaviasiya Sankt-Peterburqun Pulkovo hava limanının bağlandığını bildirib.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol