Menu

Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb

11.11.2026, 08:13
Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 11 mini ötüb, 5 mindən çox şəxs nəfər ölüb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ölkə hökumətinin açıqladığı məlumatlarda bildirilir.

Rəsmi statistikaya əsasən, KDR-də Ebola virusuna 11 042 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ölüm hallarının sayı 5 387-yə çatıb.

2026-cı ilin may ayında başlayan xəstəliyin yayılması ölkənin 26 əyalətindən səkkizini əhatə edib.

Miqyasına görə 2014–2016-cı illərdə Qərbi Afrikada Ebolanın yayılmasından sonra tarixdə ikinci ən böyük epidemiya olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol