Menu

Babək prospektində maşın körpüdən aşdı - FOTO

11.11.2026, 11:02
Babək prospektində maşın körpüdən aşdı - FOTO

Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“AzPolitika” "Qafqazinfo"ya istinadla xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb.

Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol