Menu

Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış - FOTO

11.11.2026, 10:58
Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış - FOTO

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib.

"AzPolitika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış.

Bu məqsədlə o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, lakin halı daha da pisləşib və təcili tibbi yardım çağırılıb.

Şöbə rəisi xəstəxanaya aparılarkən yolda vəfat edib.

Bildirilib ki, C.Alıyev uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışıb. Daha sonra Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

sobe-reisi-qefil-vefat-etdi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol