Laçın rayon sakini, 33 yaşlı Vahid Məcnunovun yaşamaq üçün sizin köməyinizə ehtiyacı var.
O, ailənin tək oğlan övladıdır. Vahid 18 ildir ağır qan xəstəliyindən əziyyət çəkir. Lakin dərd bununla da bitmir. Ötən il onda onkoloji (xərçəng) xəstəlik aşkarlanıb.
Vahidin ailəsi bu illər ərzində övladlarının sağalması üçün böyük əziyyətlərə qatlaşıb, çətinliklərə sinə gərib, onu müalicə etdirməyə çalışıb.
Bir il əvvəl qoyulan xərçəng diaqnozu isə ailənin belini büküb. Ailə yaşadıqları ev də daxil olmaqla bütün əmlakını satıb Vahidin müalicəsinə xərcləyib.

İndi Vahidin müalicəsində son mərhələyə gəlinib, həkimlər ümidsiz danışmırlar, sağalma şansı böyükdür.
Amma onun ailəsinin dərmanları almağa heç bir imkanı qalmayıb. Dərmanlar çox bahadır.
Həkimlərin növbəti müalicə proseduru üçün müəyyənləşdirdiyi vaxtdan xeyli ötüb, Vahidin səhhəti günü-gündən ağırlaşır. Qanla bağlı xəstəliyi də yenidən baş qaldırıb.
Belə bir vəziyyətdə Vahid və ailəsi sizə üz tutur, yardım istəyir.
“Yaşamaq istəyirəm, amma müalicəyə pulum yoxdur”, - Vahid deyir.
İndi Vahidin yaşaması sizlərdən - xeyirxah insanlardan, yardımsevərlərdən asılıdır.
Ona köməyinizi əsirgəməyin!
Bunun üçün kart hesabı açılıb (limitsiz)
Birbank
4169 7388 5532 0937
Tel: 050-408-89-29


Şərhlər