Türkiyədə məşhur radionun sahibi öldürülüb. Musavat.com-un məlumatına görə, Ankaradan yayımlanan “Meqasiti” radiosunun sahibi Kadir Balcı evinin qarşısında naməlum şəxslər tərəfindən silahla vurulub.
Hadisə Ankaranın Çankaya Birlik məhəlləsində baş verib. Radio sahibi həyat yoldaşı və uşaqlarının gözü qarşısında vurulub. Ağır yaralanan Kadir Balcı dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.


Şərhlər