Menu

Oman sahillərində Hindistanla əlaqəli tankerə hücum edilib

15.11.2026, 17:49
Oman sahillərində Hindistanla əlaqəli tankerə hücum edilib

Omanın Xəsəb limanı yaxınlığında, Fars körfəzində Hindistanla əlaqəli tankerə hücum olub.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, hadisə Hörmüz boğazının girişindən əvvəl, Fars körfəzinin şərq istiqamətində hərəkət edən tankerlə bağlı baş verib. Hücum nəticəsində ekipaj üzvləri xəsarət almayıb.

Gəminin zədələnmə dərəcəsi və ətraf mühitə mümkün zərər hələlik məlum deyil. UKMTO bölgədən keçən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol