Menu

Azərbaycanda yeni vergi növünün yaradılması təklif olunur

16.11.2026, 14:20
Azərbaycanda yeni vergi növünün yaradılması təklif olunur

"Mahiyyəti ətraf mühitin mühafizəsi və bərpası olan əvvəlki modeldə diferensiallaşdırılmaqla müxtəlif fondlara akkumulyasiya edilən ödənişlərə aid hüquqi tənzimləmələrin "Ekoloji vergi" növü kimi Dövlət Vergi Xidməti xətti ilə vahid yığım çərçivəsində formalaşdırılması məqsədəmüvafiqdir".

"AzPolitika" xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin plenar iclasında müzakirəsi zamanı bildirib.

O bildirib ki, qəbul edilmiş hüquqi akta əsasən, məqsədli büdcə fondları, o cümlədən dövlət büdcəsindəki ekoloji fondlar ləğv edilir:

"Məqsədli büdcə fondlarının ləğvi dövlət vəsaitlərinin vahid büdcə çərçivəsində daha çevik idarə olunmasına və prioritetlər üzrə bölüşdürülməsinə imkan yaratsa da, əvvəlki fondların gəlir mənbələri ilə xərc istiqamətləri arasında əlaqənin, müvafiq sahələr üzrə vəsait təminatının davamlılığının və onların istifadəsinə nəzarətin təmin olunması zəruri məsələlərdəndir. Bu istiqamətdə gəlirlərin səfərbər edilməsi üzrə təşəbbüskarlığın artırılmasına zərurət mövcuddur. Mahiyyəti ətraf mühitin mühafizəsi və bərpası olan əvvəlki modeldə differensiallaşdırılmaqla müxtəlif fondlara akkumulyasiya edilən ödənişlərə aid hüquqi tənzimləmələrin "Ekoloji vergi" növü kimi Dövlət Vergi Xidməti xətti ilə vahid yığım çərçivəsində formalaşdırılması məqsədəmüvafiq və beynəlxalq təcrübəyə tam uyğun bir addım olardı".

Onun sözlərinə görə, ekoloji qurumların əsas funksiyası yığım toplamaq yox, ekoloji nəzarətdir:

"Burada, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin texniki ekspertizası ilə Dövlət Vergi Xidmətinin inzibatçılığı inteqrasiya edilməlidir. Sonradan həmin vəsaitlərin proqramlılıq (ortamüddətli xərclər) çərçivəsində ekoloji risk, təsir, bərpa prioritetləri üzrə bölüşdürülmə və səmərəli (nəticəli) xərclənməsi mümkündür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol