Menu

Siyəzəndə avtomobil "Kamaz"la toqquşub - Ölən var

17.11.2026, 09:23
Siyəzəndə avtomobil "Kamaz"la toqquşub - Ölən var

Siyəzəndə avtomobil "Kamaz"la toqquşması nəticəsində bir nəfər ölüb.

"AzPolitika" xəbər verir ki, Ağayev Xanqulu Əlbaba oğlu idarə etdiyi "VAZ2107" markalı avtomobil ilə hərəkətdə olarkən Bayramov Mehrac Balaqardaş oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Ə. Ağayev xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol