Menu

PİYADA YOLU QAYDASIZ KEÇDİKDƏ QƏZA BAŞ VERİRSƏ... – Sürücü məsuliyyətdən azad olunurmu?

17.11.2026, 09:17
PİYADA YOLU QAYDASIZ KEÇDİKDƏ QƏZA BAŞ VERİRSƏ... – Sürücü məsuliyyətdən azad olunurmu?

Yol hadisələri zamanı piyadaların, xüsusilə də azyaşlıların vurulması yol hərəkəti təhlükəsizliyi və sürücülərin məsuliyyəti məsələsini yenidən gündəmə gətirir. Piyada keçidlərində, yolayrıclarında və digər hərəkət sahələrində baş verən belə hadisələr bəzən ağır xəsarətlərlə, hətta ölümlə nəticələnir. Qanunvericilik sürücülərin piyadalara münasibətdə üzərinə müəyyən vəzifələr qoysa da, bu tələblərin pozulması müxtəlif hüquqi nəticələrə səbəb ola bilər. Hadisənin nəticəsindən, sürücünün təqsirindən və digər hallardan asılı olaraq məsuliyyətin növü və ağırlığı dəyişir.

Piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində sürücünün hüquqi məsuliyyəti hansı hallarda yaranır? Hadisə nəticəsində piyadanın xəsarət alması, ağır xəsarət alması və ya həyatını itirməsi sürücüyə tətbiq olunan cəzalara necə təsir edir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hüquqşünas Emil Nuriyev deyib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi sürücü və ya piyada tərəfindən qaydaların pozulması nəticəsində baş verir.

Onun sözlərinə görə, sürücülərin məsuliyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsini idarə edərkən maksimum diqqətli olmalıdırlar. Xüsusilə piyada zolağına çatarkən sürücü maksimum diqqətli olmalı, sürəti azaltmalıdır: “Bəzən piyada zolağının kənarları hər hansı səbəbdən (digər nəqliyyat vasitəsi görüntünü məhdudlaşdıra bilər) görünmür. Bu halda sürücünün piyada zolağına hərəkətdə olduğu sürətlə yaxınlaşması təhlükəlidir. Bəzən piyadalar nəzərdə tutulmayan yerlərdən keçərək özlərinin və sürücünün həyatını təhlükəyə atırlar. Piyadanın nəzərdə tutulmayan yerdən yolu keçərkən vurulması ilə baş verən yol-nəqliyyat hadisəsi sürücünü məsuliyyətdən azad etmir. Baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı zamanı sürücünün qəzanın qarşısını almaq imkanının olub-olmaması araşdırılır. Bu səbəbdən də nəqliyyat vasitəsini idarə edərkən sürətin, ətraf görüntünün və manevrlərin daim nəzarətdə saxlanılması sürücünün vəzifəsidir. Digər tərəfdən, piyadalar yalnız icazə verilən piyada zolaqlarından keçməlidirlər. Bəzən piyadalar fikirləşirlər ki, piyada zolağından istənilən halda keçməyə icazə verilir. İşıqfor quraşdırılmış piyada zolaqlarında piyadaların keçməsinə icazə verən yaşıl işıq yanana qədər gözləmək lazımdır”.

Hüquqşünas qeyd edib ki, ümumiyyətlə, yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən maarifləndirici tədbirlər görülür. Buna baxmayaraq, sürücülərin və piyadaların səhvləri nəticəsində yol-nəqliyyat hadisələri baş verməkdə davam edir: “Baş vermiş yol-nəqliyyat hadisələrinin nəticəsindən asılı olaraq şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–264-cü maddələrinə əsasən məsuliyyət daşıyır. Təqsirli şəxs barəsində yekun akt qəbul edilən zaman zərərçəkmiş şəxslə barışığın olub-olmaması təyin edilən cəzaya təsir edir.

Yuxarıda sadalanan halların baş verməməsi üçün həm sürücülərdən, həm də piyadalardan yollarda maksimum diqqətli olmaq tələb olunur. Yol-nəqliyyat hadisələrinin baş verməsi sürücü və ya piyada tərəfindən qaydaların pozulması nəticəsində baş verir. Sürücülərin məsuliyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsini idarə edərkən maksimum diqqətli olmalıdırlar. Xüsusilə piyada zolağına çatarkən sürücü maksimum diqqətli olmalı, sürəti azaltmalıdır. Bəzən piyada zolağının kənarları hər hansı səbəbdən (digər nəqliyyat vasitəsi görüntünü məhdudlaşdıra bilər) görünmür. Bu halda sürücünün piyada zolağına hərəkətdə olduğu sürətlə yaxınlaşması təhlükəlidir. Bəzən piyadalar nəzərdə tutulmayan yerlərdən keçərək özlərinin və sürücünün həyatını təhlükəyə atırlar. Piyadanın nəzərdə tutulmayan yerdən yolu keçərkən vurulması ilə baş verən yol-nəqliyyat hadisəsi sürücünü məsuliyyətdən azad etmir. Baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı zamanı sürücünün qəzanın qarşısını almaq imkanının olub-olmaması araşdırılır. Bu səbəbdən də nəqliyyat vasitəsini idarə edərkən sürətin, ətraf görüntünün və manevrlərin daim nəzarətdə saxlanılması sürücünün vəzifəsidir. Digər tərəfdən, piyadalar yalnız icazə verilən piyada zolaqlarından keçməlidirlər. Bəzən piyadalar fikirləşirlər ki, piyada zolağından istənilən halda keçməyə icazə verilir. İşıqfor quraşdırılmış piyada zolaqlarında piyadaların keçməsinə icazə verən yaşıl işıq yanana qədər gözləmək lazımdır”.

E. Nuriyev əlavə edib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən maarifləndirici tədbirlər görülür. Buna baxmayaraq, sürücülərin və piyadaların səhvləri nəticəsində yol-nəqliyyat hadisələri baş verməkdə davam edir: “Baş vermiş yol-nəqliyyat hadisələrinin nəticəsindən asılı olaraq şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–264-cü maddələrinə əsasən məsuliyyət daşıyır. Təqsirli şəxs barəsində yekun akt qəbul edilən zaman zərərçəkmiş şəxslə barışığın olub-olmaması təyin edilən cəzaya təsir edir.

Yuxarıda sadalanan halların baş verməməsi üçün həm sürücülərdən, həm də piyadalardan yollarda maksimum diqqətli olmaq tələb olunur”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol