Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux noyabrın 17-də rəsmi olaraq istefa verdiyini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, dövlət başçısı bu barədə keçirdiyi brifinqdə bəyan edib.
Uxnaaqiyn Xurelsux qərarını son zamanlar ona qarşı aparılan qarayaxma kampaniyası ilə əlaqələndirib:
"Hamınıza məlum olduğu kimi, son bir ay ərzində müəyyən cinayətkar qruplar Monqolustan Prezidentinin şərəfinə və nüfuzuna xələl gətirmək məqsədilə əsassız hücumlar təşkil ediblər. Mənə qarşı son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb və təhqirlərə məruz qalmışam.
Bir müddət susaraq vəziyyəti müşahidə etdim. Lakin məsuliyyətli vəzifə daşıyan bir şəxs kimi bu gün bu qərarı verməyi özümə borc bildim. Qanun qarşısında hər kəs bərabərdir. Dünən Demokrat Partiyasının bir qrup üzvü Prezidentin istefa verməsinin və məsələ ilə bağlı obyektiv araşdırma aparılmasının vacibliyini bildirdi. Mən bu mövqe ilə tam razıyam".


Şərhlər