Menu

Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi

16.11.2026, 23:56
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra seçməsinə qalib gəlib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfər matçında rəqibini 3:1 hesabı ilə üstələyib.

Enkamp şəhərində təşkil olunan qarşılaşmada komandamızın qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70-pen.) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernanded (55) fərqlənib.

Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu - 66-cı oyun olub.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib - 1:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol