Menu

FİFA-nın yeni prezidenti o ola bilər - UEFA-nın namizədi açıqlandı

16.11.2026, 22:24
FİFA-nın yeni prezidenti o ola bilər - UEFA-nın namizədi açıqlandı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonun FİFA prezidenti seçkilərində namizədliyini irəli sürüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Avropa təşkilatının mətbuat xidməti məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin iclasında milli assosiasiyalar namizəd olmaq təklifini qəbul edən 63 yaşlı Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər.

FİFA rəhbərinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı Prezidenti Canni İnfantino daha əvvəl yeni müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FİFA-ya rəhbərlik edir.

63 yaşlı Diallonun namizədliyinin irəli sürülməsi UEFA ilə FİFA rəhbərliyi arasında dünya futbolunun idarə olunması və inkişafı məsələləri üzrə fikir ayrılıqları fonunda baş verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol