Menu

Lavrovdan ABŞ açıqlaması: "Dialoq var, amma ziddiyyətlər də qalır"

16.11.2026, 21:49
Lavrovdan ABŞ açıqlaması: "Dialoq var, amma ziddiyyətlər də qalır"

Rusiya və ABŞ arasındakı ikitərəfli dialoqda çox sayda ziddiyyət hələ də qalır.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyasındakı dəyişikliklərə baxmayaraq, Vaşinqton Rusiya şirkətlərinə qarşı sanksiyaların tətbiqini davam etdirir:

"Ziddiyyətlər kifayət qədərdir. Onlar indi artıq ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə "Lukoil" və "Rosneft"ə qarşı yeni sanksiyalar qəbul ediblər. Donald Trampın bunun "mənim yox, Baydenin müharibəsidir" deməsinə baxmayaraq, onlar Baydenin bütün sanksiyalarını uzadırlar".

Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, bəzi müşahidəçilər Co Baydenin əvvəlki komandasının fonunda Tramp administrasiyasını müsbət qiymətləndirirlər, çünki hazırkı ABŞ hakimiyyəti müxtəlif tərəflərlə, o cümlədən Rusiya və İranla dialoqu saxlayır: "İranla müharibə aparırlar, amma danışırlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol