Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin cinayət işi üzrə istintaq başa çatıb və iş ittiham aktı ilə məhkəməyə göndərilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib.
Məlumata əsasən, işə Sünik Məhkəməsində baxılacaq.
Qeyd edək ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Bildirilir ki, hərbçi Şəki (Zəngəzur) kəndi istiqamətində naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Bundan sonra o, Ermənistan məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.


Şərhlər