Menu

İşdən çıxarılan generala yeni vəzifə verildi

16.11.2026, 14:59
İşdən çıxarılan generala yeni vəzifə verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.

"AzPolitika" Milli.Az-a istinadən xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçib.

Belə ki, hazırda general DSX Xüsusi Məktəbinin rəisi vəzifəsini daşıyır. Z.Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol