Menu

Süni intellekt 10,6 milyon yeni iş yeri yaradacaq

16.11.2026, 15:31
Süni intellekt 10,6 milyon yeni iş yeri yaradacaq

Süni intellekt 2030-cu ilədək 10,6 milyon yeni iş yeri yaradacaq.

"AzPolitika" xəbər verir ki, bunu Özbəkistan Turan Beynəlxalq Universitetinin rektoru Ahadxon Najmitdinov (Akhadkhon Najmitdimov) Milli Məşğulluq Forumu çərçivəsində keçirilən "Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq" adlı paneldə deyib.

Onun sözlərinə görə, 2030-cu ilədək eyni zamanda 8,9 milyon iş yeri ləğv olunacaq, xalis artım 1,7 milyon yeni iş yeri təşkil edəcək:

"Bu da Azərbaycan və Özbəkistan kimi ölkələrin yeni çağırışlarla üz-üzə qalması deməkdir. Çünki araşdırmalara görə, süni intellekt gənc işçi qüvvəsinə daha çox mənfi təsir göstərəcək. 20-25 yaşlılar, eləcə də əmək fəaliyyətinə yeni başlayanlar bu kateqoriyaya aiddir. Azərbaycan və Özbəkistanda da həmin yaş qrupuna aid insanların üstünlük təşkil etdiyini nəzərə alsaq, yeni çağırışlarla üzləşmək qaçılmaz olacaq".

Rektor əlavə edib ki, dünyada əhalinin 47 %-i 30 yaşdan aşağıdır:

"Bu göstərici Azərbaycanda 40,6 %, Özbəkistanda isə 52 % təşkil edir. Bu da süni intellektin mənfi təsirləri ilə daha çox bizim ölkələrdə yaşayan insanların üzləşə biləcəyini göstərir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol