Şəmkirin Varlı Həyat kəndində evdə kişi və qadın meyiti aşkarlanıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin evdə meyiti aşkar edilib. Eyni zamanda 58 yaşlı kişinin yanında qadın meyiti də aşkarlanıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.


Şərhlər