Menu

"Milliön" terminallarında 500 manatdan yuxarı ödənişlər üçün yeni qayda tətbiq olunur

16.11.2026, 19:35
"Milliön" terminallarında 500 manatdan yuxarı ödənişlər üçün yeni qayda tətbiq olunur

Milliön ödəniş terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı şəxsiyyətin rəqəmsal qaydada təsdiqlənməsi tələb olunacaq.

"AzPolitika" "Operativ Media"ya istinadla xəbər verir ki, yeni qayda ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi məqsədi daşıyır.

Qaydaya əsasən, 500 manatdan artıq əməliyyat aparmaq istəyən istifadəçilər şəxsiyyətlərini Bir ID, SİMA və ya MyGov platformaları vasitəsilə təsdiqləməlidirlər. Bir ID ilə təsdiqləmə Birbank tətbiqi üzərindən də mümkündür.

Bunun üçün istifadəçi terminalda müvafiq xidməti seçərək məbləği daxil etməlidir. Məbləğ 500 manatı keçdikdə ekranda şəxsiyyətin təsdiqi üçün mövcud seçimlər göstəriləcək. Seçim edildikdən sonra terminalda QR kod yaradılacaq. İstifadəçi müvafiq tətbiq vasitəsilə həmin kodu skan edərək təsdiqləmə prosesini tamamlamalıdır. Bundan sonra ödənişi həyata keçirmək mümkün olacaq.

İstifadəçilərə 500 manatdan yuxarı məbləğdə əməliyyatları rahat həyata keçirmək üçün qeyd olunan tətbiqlərdən ən azı birinin aktiv olması tövsiyə edilir.

Qeyd edək ki, Milliön “Bir” ekosisteminə daxil olan ödəniş terminalı şəbəkəsidir. Şəbəkə Azərbaycanda gündəlik ödənişlərin həyata keçirilməsi üçün nağd ödəniş və elektron ödəniş xidmətləri təqdim edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol