ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna məsələsində mövqeyini yumşaltdığını və müəyyən güzəştlərə getdiyini bildirib.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Putin Ukrayna məsələsində bir qədər geri çəkilir. O, daha sərt davrana bilərdi. Açığını desəm, güzəştlərə gedir”, – ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqlar keçirilib. Görüşlərdə müharibənin başa çatdırılması, ərazi məsələləri və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi müzakirə olunub.


Şərhlər