Menu

Daha bir ulduz futbolçu milli karyerasını bitirdi

16.11.2026, 16:32
Daha bir ulduz futbolçu milli karyerasını bitirdi

“Fənərbağça” klubunun hücumçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurmaq qərarına gəlib.

“AzPolitika” xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Lukaku milli komandada keçirdiyi 16 ili möhtəşəm təcrübə kimi qiymətləndirib. O, paylaşımında bu müddət ərzində bütün gücünü yığmanın uğurları üçün səfərbər etdiyini bildirib:

“Bu 16 il ərzində milli komanda üçün əlimdən gələni etdim. Bütün mümkün emosiyaları yaşadım, möhtəşəm komanda yoldaşlarımla birgə çıxış etdim. Daim inkişaf etməyimə şərait yaradan və komandaya kömək etmək üçün mənə güvənən bütün məşqçilərə təşəkkür edirəm. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım”.

Belçikalı hücumçu milli komandanın azarkeşlərinə də təşəkkürünü çatdırıb. O, karyerası ərzində dörd dünya çempionatında və üç Avropa çempionatında Belçika millisinin formasını geyinib.

Qeyd edək ki, Romelu Lukaku milli komandada debütünü 2010-cu il martın 3-də Xorvatiya yığmasına qarşı keçirib. O, Belçika millisinin heyətində meydana çıxdığı 135 oyunda 94 qol vuraraq komanda tarixinin ən məhsuldar futbolçusu olub. Lukaku 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Belçika millisi ilə bürünc medal qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol