Menu

Ermənistanda vəzifəli şəxslər həbs edildilər - Nədə ittiham olunurlar?

16.11.2026, 22:52
Ermənistanda vəzifəli şəxslər həbs edildilər - Nədə ittiham olunurlar?

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları korrupsiya ittihamı ilə saxlanılıblar.

"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, cinayət işi bir qrup vəzifəli şəxsin külli miqdarda – 20 milyon dram (təxminən 95 120 manat) rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlıdır.

"Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin və Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra şəxslər saxlanılıblar", – deyə komitənin məlumatında qeyd olunub.

Cinayət işi ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol