Menu

İrandan ABŞ və İsrail vətəndaşlarına qarşı ağır ittiham – Xamenei işi üzrə yeni detallar

17.11.2026, 16:05
İrandan ABŞ və İsrail vətəndaşlarına qarşı ağır ittiham – Xamenei işi üzrə yeni detallar

İran Məhkəmə-Hüquq Sisteminin sözçüsü Əli Kazemi İranın keçmiş Ali Rəhbəri Əli Xamenei və onun ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işinin son vəziyyəti barədə məlumat verib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırma və zəruri hüquqi tədbirlərdən sonra keçmiş Ali Rəhbərin öldürülməsi ilə nəticələnən hücumlarda ittiham olunan 92 ABŞ vətəndaşı və 67 İsrail vətəndaşı olmaqla, ümumilikdə 159 nəfər barəsində ittiham aktı tərtib edilib.

Kazemi əlavə edib ki, ittiham aktı təsdiqləndikdən sonra işə baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib.

O, həmçinin məhkəmə araşdırmasının keçmiş Ali Rəhbərin öldürülməsi ilə yanaşı, onun ailə üzvlərinin öldürülməsi məsələsini də əhatə etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol