Menu

Üç nəhəngdən BMT və nüvə silahları ilə bağlı TARİXİ BƏYANNAMƏ: "Qalib olmayacaq..."

19.11.2026, 15:11
Üç nəhəngdən BMT və nüvə silahları ilə bağlı TARİXİ BƏYANNAMƏ: "Qalib olmayacaq..."

Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü Zirvə Toplantısı tarixi görüşlə yadda qalıb. Sammit çərçivəsində Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında ilk üçtərəfli görüş baş tutub.

"AzPolitika" xəbər verir ki, təxminən bir saat yarım davam edən görüşün yekununda üç ölkənin liderləri "Sülh haqqında Birgə Bəyannamə" qəbul ediblər. 4 bənddən ibarət sənəddə aşağıdakı əsas razılaşmalar əksini tapıb:

  • BMT-də islahatlar: BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Çin və Rusiya təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsi üçün BMT-də islahatların aparılmasını dəstəklədiklərini bəyan ediblər.
  • Nüvə təhlükəsizliyi: Liderlər nüvə müharibəsində qalibin ola bilməyəcəyini və bu müharibənin heç vaxt başladılmamalı olduğunu təsdiqləyiblər. Tərəflər nüvə risklərinin azaldılması üzrə dialoq aparmaq barədə razılığa gəliblər.
  • Enerji bazarı: Üç ölkə qlobal rifah naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı, sabit enerji axınını təmin etməyi planlaşdırır.
  • Beynəlxalq məhkəmələr: Dövlət başçıları rəsmi şəxslərin toxunulmazlığına hörmətin vacibliyini vurğulayaraq, Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar qurumların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu bildiriblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol