Bu ilin 10 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 9 ton 049 kq 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 265 milyon 473 min AZN kimi qiymətləndirilir.
Bu barədə "AzPolitika"ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1645 hektar sahədən yaş kütləsi 445 ton110 kq olan 4 437 555 ədəd yabanı halda bitmiş narkotiktər kiblibitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.


Şərhlər