Menu

MTK rəhbəri həbs edildi – 1 milyonluq dələduzluq

23.11.2026, 10:11
MTK rəhbəri həbs edildi – 1 milyonluq dələduzluq

"Vesta Construction" MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.

"AzPolitika" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.

Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.

İttihama görə, "Vesta Construction" MTK tərəfindən bir mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib.

İş üzrə 7 nəfər zərərçəkmiş var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol