"Atlas Medical Center” klinikasının rəhbəri Nihat Heydər oğlu Əliyev vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial mediada paylaşım edib.
O qeyd edib ki, Nihat Əliyev bu gün uzun sürən xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Nihat Əliyev 28 may 1977-ci ildə anadan olub. O, iş adamı kimi tanınıb.


Şərhlər