Menu

Qaradağda palçıq vulkanı püskürüb

25.11.2026, 23:48
Qaradağda palçıq vulkanı püskürüb

25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Bu barədə "AzPolitika"ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib.

"Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol