Menu

ABŞ-dən Ukrayna böhranı ilə bağlı yeni sülh konsepsiyası – Kuşnerdən açıqladı

26.11.2026, 08:27
ABŞ-dən Ukrayna böhranı ilə bağlı yeni sülh konsepsiyası – Kuşnerdən açıqladı

ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı konsepsiya hazırlayıb.

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında deyib.

Onun sözlərinə görə, son iki ay ərzində avropalı tərəfdaşlarla sıx əməkdaşlıq aparılıb, sülhə nail olmaq üçün ümumi mövqenin formalaşdırılması və müvafiq çərçivənin hazırlanması istiqamətində müzakirələr keçirilib.

Cared Kuşner Rusiya tərəfi ilə də müxtəlif ideyaların dəfələrlə qapalı formatda müzakirə olunduğunu bildirib:

“Düşünürəm ki, artıq nizamlanma ilə bağlı konkret konsepsiyamız və yanaşmamız var. Bunun uğur gətirib-gətirməyəcəyini bilmirəm, lakin kifayət qədər məntiqli görünür. Görünür, hazırda hər iki tərəf bu yanaşmanı sınaqdan keçirməyə hazırdır. Ümid edirəm ki, qarşıdakı bir neçə həftə ərzində məqsədə nə dərəcədə yaxın olduğumuzu görə biləcəyik”.

Qeyd edək ki, daha əvvəl Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə işçi görüşün Milad bayramına qədər keçirilə biləcəyi barədə məlumat yayılıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov isə jurnalistlərə açıqlamasında Moskvanın noyabrın 10-11-də Əbu-Dabidə keçirilən formatda danışıqları davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol