İranın Küveytdəki strateji obyektə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbə nəticəsində İtaliyanın iki vətəndaşı həlak olub.
"AzPolitika" xəbər verir ki, İtaliyanın ANSA informasiya agentliyinin məlumatına görə, həyatını itirənlər Almaniyanın “Rheinmetall” müdafiə konsernində çalışan mülki texniki mütəxəssislərdir.
Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Səud Əbdüləziz əl-Utayya hadisə zamanı Küveyt və Pakistan vətəndaşlarının da yaralanaraq xəstəxanaya yerləşdirildiyini bildirib.
Ölkənin Silahlı Qüvvələrinin yaydığı bəyanatda hücum nəticəsində obyektə maddi ziyanın dəydiyi də qeyd olunub.


Şərhlər