Menu

TRAMP PUTİNDƏN NƏ İSTƏYİB? - “Bunu müzakirə etmək üçün çox vaxt sərf etmişəm"

27.11.2026, 10:54
TRAMP PUTİNDƏN NƏ İSTƏYİB? - “Bunu müzakirə etmək üçün çox vaxt sərf etmişəm"

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putindən Avropa ölkələrinə qarşı aqressiv planlarından əl çəkməsini istəyib. 

“AzPolitika” xəbər verir ki, bunu Donald Tramp öz sosial media səhifəsində yazıb.

"Prezident Putinin Avropanın bütün ərazilərində hərbi təcavüzü dayandırmasını istədiyimi müzakirə etmək üçün çox vaxt sərf etmişəm", -Tramp yazıb.

ABŞ prezidenti eyni paylaşımında qeyd edib ki, NATO-nun Baş katibi Mark Rutte artıq Çindəki Putinlə danışıqlar barədə məlumatlandırılıb:

"İnanıram ki, Rusiya və Ukrayna arasında tez bir zamanda razılaşma əldə edilə bilər. Qətiyyətlə inanıram ki, bu, tamamilə mümkündür. Minlərlə insanın ölümünün dayandırılması hər kəs üçün böyük fayda olardı!".

Trampın bu açıqlaması 20 noyabrda üç Rusiya “X-101” raketinin Polşa hava məkanını pozmasına dair müzakirələr fonunda verilib. Polşanın sərt reaksiyasına baxmayaraq, Tramp əvvəlcə "Putin (raketləri) səhvən atıb" deyə bildirib və raketləri "kiçik" adlandırıb.

Lakin Varşavanın Kremllə qarşıdurmaya hazır olması barədə açıqlamalarından və NATO rəhbərliyi ilə söhbətindən sonra Tramp mövqeyində dəyişiklik edib. O, 26 noyabrda Rutte ilə birgə verilən açıqlamada Moskvanın Ukraynadan kənarda hərbi əməliyyatların yayılmasına səbəb ola biləcək "qəsdən və ya təsadüfən" hər hansı bir hərəkətdən çəkinməli olduğu bildirilirib.

Qeyd edək ki, Tramp daha əvvəl Rusiya Prezidentini "dost" adlandırıb və "müharibəni diplomatiya yolu ilə bitirmək" istədiyini deyib.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol