Menu

Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var

27.11.2026, 11:15
Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var

Kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçmək istəyən vətəndaşlar çətinliklə üzləşirlər.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, xüsusilə xərçəng xəstələri üçün vacib olan kontraslı KT və MRT müayinələrini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki bəzi tibb müəssisələrində etdirmək mümkün deyil.

Belə ki, "Yeni Klinika"da bir neçə aydır KT işlək vəziyyətdə deyil. MRT aparatı isə yeni təmir olunub, lakin hazırda onunla yalnız baş-boyun nahiyəsinin müayinəsi aparılır.

Onların sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında isə ümumiyyətlə, kontraslı KT müayinəsi həyata keçirilmir:

"Xəstəxanada adi KT aparatı var və işləkdir, ancaq kontraslı müayinə aparılmır. Bundan başqa, tibb müəssisəsində MRT aparatı da yoxdur. Sabunçu Tibb Mərkəzində isə KT işləmir, MRT işlək vəziyyətdədir, uzun növbələr olur, hətta gecə saatlarında da xəstə qəbul edilir".

Şikayətçilər bildirirlər ki, özəl klinikalarda müayinələrin qiyməti yüksək olduğundan, xəstələr bu xidmətlərdən yararlana bilmirlər. Özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına müayinə olunmaq üçün göndəriş almaq problemə çevrilib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlansa da, cavab almaq mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol