Menu

Hondurasda avtobus dərəyə aşıb - Doqquz nəfər ölüb

29.11.2026, 10:00
Hondurasda avtobus dərəyə aşıb - Doqquz nəfər ölüb

Hondurasda pikapla toqquşduqdan sonra sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı doqquz nəfər ölüb, 28 nəfər xəsarət alıb.

Bu barədə "Reuters" agentliyi ölkənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.

Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə yuvarlanarkən bəzi sərnişinlər avtobusdan kənara düşüblər.

"Transporte Carolina" nəqliyyat şirkətinin avtobusu ölkənin paytaxtı Tequsiqalpadan La-Esperansa şəhərinə hərəkət edirmiş.

Qəzanın səbəbi bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol