Menu

Bakı-Moskva aviareysləri ilə bağlı vəziyyətə aydınlıq gətirildi

12.01.2015, 10:33
Bakı-Moskva aviareysləri ilə bağlı vəziyyətə aydınlıq gətirildi

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarələrin qeyri-sabit hava şəraiti ilə bağlı Rusiyanın paytaxtı Moskvaya uçuşunda hələlik heç bir problem yoxdur.

Bu barədə "Trend"-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, bütün reyslər nəzərdə tutulan qrafik üzrə həyata keçirilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 11-dən Moskvaya 100-dən artıq təyyarə reysi təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol