Menu

Azərbaycanda sərnişindaşıma bahalaşıb - RƏSMİ

12.01.2015, 16:19
Azərbaycanda sərnişindaşıma bahalaşıb - RƏSMİ

Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol