Yanvarın 11-də Fransanın paytaxtı Paris şəhərində Charlie Hebdo qətliamını lənətləmək üçün keçirilən yürüşdə Türkiyənin baş naziri Əhməd Davudoğluna qarşı açıq hörmətsizlik edilib.

AzPolitika.info Türkiyə mətbuatına istinadla bildirir ki, yürüşdə iştirak edən dövlət başçılarını bir-bir salamlayan Fransa prezidenti Fransua Olland, digər ölkə başçıları ilə mehriban salamlaşsa da, Davudoğlunun qarşısından sadəcə əl verib görüşərək keçib. Türkiyənin baş nazirinin sıradan bir adam kimi münasibət göstərilməkdən pərt olduğu kadrlardan aydın görünür.

Həmin anlarda çəkilmiş kadrları təqdim edirik: