Menu

Berlində Ukraynanın şərqindəki böhran müzakirə olunur

12.01.2015, 19:52
Berlində Ukraynanın şərqindəki böhran müzakirə olunur

Ukrayna, Rusiya,Almaniya və Fransanın xarici işlər nazirləri yanvarın 12-də Berlində Ukraynanın şərqindəki böhranı müzakirə edirlər.

Rusiyanın xarici işlər naziri Segei Lavrov bildirib ki, Moskva hesab edir ki,bu görüş atəşkəslə bağlı Minsk sazişinin yerinə yetirilməsinə kömək edəcək.

Almaniyanın kansleri Angela Merkel yanvarın 10-da Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb, 9-da isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Yanvarın 15-də Astanada Ukrayna böhranı ilə bağlı bu 4 ölkə liderinin görüşü gözlənilir. (Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol