Menu

Həlli uzanan münaqişələrin nizamlanması ilə bağlı plan açıqlanacaq

13.01.2015, 11:54

Serb 1 ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvika Daçiş sədrlik dövründə ölkəsinin həlli uzanan münaqişələrin nizamlanması ilə bağlı planını açıqlayacaq.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İ. Daçiş bildirib ki, Serbiya münaqişədən çıxmış və demokratiyaya keçid almış ölkə kimi bu sahədə öz təcrübəsini ortaya qoyacaq.

O, yanvarın 15-də Vyanada ATƏT Daimi Şurasında çıxışı zamanı ölkəsinin ATƏT-ə sədrlik dövründə prioritetlərini açıqlayacaq.

İ. Daçiş həmçinin Ukraynadakı böhranın həlli istiqamətində səylər göstərəcək.

Qeyd edək ki, Serbiyanın ATƏT-ə sədrliyi yanvarın 1-dən başlayıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol