Menu

Rusiya Fransadan rəsmi izahat istəyir

13.01.2015, 14:16
Rusiya Fransadan rəsmi izahat istəyir

Rusiya “Mistral” gəmiləri üzrə razılaşmanın icra olunmamasının səbəbləri ilə əlaqədar Fransa Müdafiə Nazirliyinə sorğu göndərib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəsmisi “RİA Novosti”yə açıqlamasında deyib.

O bildirib ki, Rusiya Fransanın ayrı-ayrı siyasətçilərinin, o cümlədən ölkə prezidentinin şifahi bəyanatları ilə kifayətlənə bilməz.

“Növbəti qərarların qəbulu, yəni məhkəməyə müraciət edilməsi və yaxud qarşı tərəfə əlavə vaxt verilməsi üçün Rusiyanın əlində yazılı izahat olmalıdır”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol