Menu

Hava limanının dispetçer qülləsi dağıdıldı

13.01.2015, 16:08
Hava limanının dispetçer qülləsi dağıdıldı

Ukrayna ordusu və separatçılar arasında aramsız döyüşlərə səhnə olan və bombardman nəticəsində xarabalığa çevrilmiş Donetsk hava limanının dispetçer qülləsi dağıdılıb.

APA-nın “sensor.net” saytına istinadən verdiyi məlumata görə, atəşkəs razılaşmasına baxmayaraq, separatçılar bu gün səhərdən hava limanını yenidən artilleriya atəşinə tutmağa başlayıblar. Nəticədə dispetçer qülləsi dağıdılıb.

Xatırladaq ki, Donetsk şəhəri separatçıların əlində olsa da, hava limanı Ukrayna ordusunun nəzarətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol