Menu

NATO yaraqlılara qarşı mübarizəni gücləndirir

14.01.2015, 18:45
NATO yaraqlılara qarşı mübarizəni gücləndirir

NATO-nun baş katibi Jens Sltonterberg bildirib ki, alyansın üzvləri islamçı yaraqlılara qoşulmaq üçün xaricə gedən yaraqlılarla mübarizədə daha yaxından əməkdaşlıq etmək qərarına gəliblər.

O bunu yanvarın 14-də Berlində Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra bəyan edib.

Sltonterberg bildirib ki, bu tədbirlərdən biri kimi üzv ölkələr arasında informasiya mübadiləsinin artırılması nəzərdə tutulur.

Ərəb yarmadasındakı Əl Qaidə qruplaşması yanvarın 7-də Parisdə satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş hücuma görə cavabdehliyi üzərinə götürüb. (Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol