Menu

"Taliban"ın keçmiş komandirləri Əfqanıstanda İŞİD düşərgəsi qurdu

15.01.2015, 15:58
"Taliban"ın keçmiş komandirləri Əfqanıstanda İŞİD düşərgəsi qurdu

İŞİD Əfqanıstanın Fərah vilayətində düşərgə qurub.

Musavat.com-un xarici mediaya istinadən məlumatına görə, Hake Sefid rayonunun icra başçısı Əbdülxaliq Nurzay 20 gündür ki, İŞİD mənsublarının rayona gəldiyini bildirib.

Nurzay deyib: “Rayonda təxminən 80 İŞİD-çi var. Bir düşərgə yaradıblar və bu düşərgədə təlim keçirlər. Həmin şəxslər üzləri bağlı gəzir və özlərini İŞİD-çi kimi təqdim edirlər. İŞİD bayrağı gəzdirirlər. Müasir silahlara malikdirlər . Qrupa liderliyi iki qardaş edir. Bu qardaşlar illərlə “Taliban” komandirləri olublar. İŞİD-çilərdən bəziləri xarici ölkə vətəndaşıdır və yerli sakinlər onların danışığını anlamır. Ölkədəki polislərin gücü isə onlarla qarşıdurmaya girmək üçün kifayət deyil”.

Şəhərin polis idarəsinin rəisi də İŞİD-in düşərgəsindən xəbərdar olduğunu bildirib və onlara qarşı əməliyyat aparılacağını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol