Menu

Bir həftədə Rusiyanın valyuta ehtiyatları daha 2,3 milyard dollar azaldı

15.01.2015, 16:55

Bank Rossii 2015-ci il yanvarın 9-na olan məlumata əsasən Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 386,2 milyard dollar təşkil edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu məlumatı Rusiya Mərkəzi Bankı (Bank Rossii) açıqlayıb.

2014-cü il dekabrın 26-da ehtiyatların həcmi 388,5 milyard dollar olub. Beləliklə, bir həftə ərzində Rusiyanın valyuta ehtiyatları daha 2,3 milyard dollar azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol