Belçikada anti-terror əməliyyatlarından sonra iki silahlı islamçının öldürülməsi ilə fövqəladə vəziyyət yaranıb.
Şübhəlilər Vervier şəhərinin şərqində polislərə atəş açdıqdan sonra öldürülüb.
Rəsmilər deyir ki, onlar Suriyadan qayıdıb və polisləri hədəf alan planlar qurub.
Üçüncü şübhəli isə yaralı halda həbs edilib.
Axtarışlar Brüsseldə də aparılır və daha bir neçə nəfərin həbsi gözlənilir.
Prokurorluq rəsmisi Eric Van Der Sypt bildirib ki, polis qruplaşmanı izləyib və polislər onlara axtarışa gələrkən onlar polisə avtomat silahından atəş açıb.
"Axtarışlar zamanı xüsusi xidmət orqanları əməkdaşlarına avtomat silahından atəş açılıb, iki şübhəli öldürülüb, biri həbs edilib", o əlavə edib.
Şahidlərin sözlərinə görə, şəhərdə güllə səsləri eşidilib. Güclü atışma bir neçə dəqiqə sürüb. Eyni vaxtda, üç partlayış səsləri eşidilib.
Vervier dəmiryol vağzalının ətrafını polis mühasirəyə alıb. Sosial şəbəkələrdə yazılır ki, polis həmçinin şəhər mərkəzini də səpələnib.
Baş nazir Charles Michel bildirib ki, bu polis əməliyyatı "hökümətin terrora qarşı sərt reaksiyasını göstərir". /"BBC"


Şərhlər