Menu

11 ayda Rusiyanın neft ixracından gəlirləri 8.6% azalıb

16.01.2015, 10:58
11 ayda Rusiyanın neft ixracından gəlirləri 8.6% azalıb

Federal Gömrük Xidməti məlumat verir ki,2014-cü ilin yanvar-noyabrında Rusiyanın neft ixracı dəyər baxımından keçən ilin eyni dövrü ilə müqayisədə 8.6% azalaraq 144.61 milyard dollar təşkil edib.

Neft ixracının fiziki həcmi 5.2% azalaraq hesabat dövründə 204.631 milyon ton olub.

Neft ixracının əsas həcmi uzaq xaric ölkələrinin payına düşüb – tədarükün qiyməti 136.688 milyard dollar olub ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 7.8% azdır. MDB ölkələrinə neft tədarükü 20.7% azalaraq 7.941 milyard dollar təşkil edib. /"caspianbarrel"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol