Türkiyənin paytaxtı Ankaradakı məscidlərdən birində partlayış baş verib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, paytaxtın Elmadağ rayonundakı "Esentepe" məscidinin qazanxanasında şam namazı vaxtı partlayış baş verib. Nəticədə bir nəfər ölüb, üçü xəsarət alıb.
Partlayış nəticəsində məscid binası ciddi zərər görüb.


Şərhlər