Menu

PARİSDƏ DAHA BİR HÜCUM: Girovlar azad olundu - VİDEO

16.01.2015, 16:40
PARİSDƏ DAHA BİR HÜCUM: Girovlar azad olundu - VİDEO

Fransanın paytaxtında daha bir girov böhranı yaşanır.

AzPolitika.info-nun məlumatına görə, Parisin Kolomb bölgəsində bir neçə nəfər girov götürülüb.

Fransa mətbuatının yazdığına görə, naməlum şəxslər poçt şöbəsinə hücum edib.

Kalaşnikov avtomatla silahlanmış hücumçular poçt şöbəsindəki şəxsləri girov götürüblər. Poçt şöbəsində 2, bəzi məlumatlara görə isə 5 nəfər mülki şəxsin olduğu bildirilir.

İlkin versiyaya görə, hadisənin soyğun məqsədilə törədildiyi güman olunur. Polis və tibbi yardım maşınları hadisə yerinə cəlb olunub.

Paris yaxınlığında poçt binasında girov götürülmüş şəxslərdən bəziləri qaça bilib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, onlar bildiriblər ki, poçt binasına hücum edən şəxs “Kalaşnikov” avtomatla silahlanıb.

Onların dediklərinə görə, həmin adamın danışığı rabitəsiz olub.

Hazırda silahlı şəxsin 2 nəfəri girov saxladığı bildirilir.

* * *

Paris yaxınlığında poçt binasında insanları girov götürmüş silahlı şəxs polisə təslim olub. APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, girovların hamısı azad olunub.

Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol