Menu

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi keçiriləcək

19.01.2015, 09:15
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi keçiriləcək

Xəzər dənizində Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi də nəzərdə tutulub

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi, “IŞIK-2015” və “ANADOLU KARTALI-2015” Hərbi Hava Qüvvələri təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin iştirakı da planlaşdırılır.

Bundan əlavə, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi də nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol