Menu

“Qanlı göl”də FACİƏ: oğul öldü, ata xilas edildi

19.01.2015, 11:00
“Qanlı göl”də FACİƏ: oğul öldü, ata xilas edildi

Bakıda 30 yaşlı balıqçı suda batıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakinləri, 1958-ci il təvəllüdlü Camo Ələddin oğlu İsrafilov və oğlu, 1985-ci il təvəllüdlü Elşən Camo oğlu İsrafilov “Qanlı göl”də balıq tutarkən qayıq çevrilib.

Nəticədə E. İsrafilov boğularaq ölüb, C İsrafilov isə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol