Menu

Brent neftinin qiymət proqnozları aşağı salındı

19.01.2015, 11:07
Brent neftinin qiymət proqnozları aşağı salındı

“JP Morgan” 2015 və 2016-cı illər üçün Brent neftinin qiymət proqnozlarını aşağı salıb.

“JP Morgan”, Brent nefti üçün 2015-ci il üzrə proqnozunu 82 dollar/bareldən 49 dollar/barelə, 2016-cı il üçün proqnozunu isə 87,75 dollar/bareldən 56,8 dollar/barelə endirib.

Bank Brent neftinin qiymətinin yaxın perspektivdə 40 dollar/barel səviyyəsindən də aşağı düşməsi riskinin olduğunu da vurğulayıb.

“JP Morgan”, Brent neftinin qiymətinin 2017-ci ildə 65 dollar/barel, 2018-də 75 dollar/barel olacağını proqnozlaşdırır. Qiymətin 2019-cu ildə isə 90 dollar/barel səviyyəsinə çıxacağını gözləyir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol